Pampers rəngini dəyişməklə nəyi göstərəcək?
Türk alimlərinin həyata keçirdiyi elmi naliyyət nəticəsində körpələrdə sidik yolu infeksiyalarını aşkar edəcək “ağıllı” pamperslər hazırlanıb.
Elmi naliyyət İstanbul Universiteti Cərrahpaşa ilə adı çəkilməyən firmanın birgə səyi nəticəsində aparılıb. Aparılan elmi araşdırmanın səbəbi uşaqlarda sidik yolu infeksiyalarını vaxtında aşkar edib müalicə olunmasıdır.
TurpKimi.com bildirir ki, İstanbul Universiteti Cərrahpaşa Tibbi Biokimya bölməsinin müəllimi Prof.Dr.Zeynəb Banu Güngör “ağıllı” pamperslərlə bağlı açıqlama verib və bu araşdırma üzərində 1,5 il çalışdıqlarını bildirib.
Sidik yolu infeksiyalarının böyüklərdə olduğu kimi uşaqlarda da tez-tez rast gəlinən problem olduğunu deyən Güngör, uşaqlarda bu problemin gec aşkarlanması infeksiyanın mənfi nəticələrə gətirib çıxaracağını qeyd edib:
“Sidik yolu infeksiyalarının göstəriciləri daha çox digər infeksiyalarla qarışdırıldığı üçün müalicə gecikdirilir. İnfeksiyanın gec aşkar edilməsi alt və üst sidik yolu infeksiyaları kimi narahatlıqlara yol açır, eyni zamanda böyrəklərin zədələnməsinə də səbəb olur. Sidik yolu infeksiyalarının gec aşkar edilməsi və müalicənin gecikdirilməsi böyrək çatışmazlığına gətirib çıxarır. Hazırlanan “ağıllı” pamperslər isə sidik yolu inkefsiyalarının tez bir zamanda aşkar edilməsinə yol göstərən vasitə olacaq”.
İnfeksiyanın olduğu necə anlaşılacaq?
Bakteriya qaynaqlı infeksiya varsa, pampersin xaricində hər kəs tərəfindən rahat şəkildə görülə biləcək çəhrayı rəng müşahidə ediləcək.
Firuzə Alimova / TurpKimi.com