Körpələrdə qaz sancısı, köp problemi - Bu üsullardan mütləq istifadə edin


Yeni körpə sahibi olan valideynlərin qarşılaşdığı ən böyük problemlərdən biri də körpələrin qaz sancılarıdır. 

korpelerde-qaz-sancisi-kop-problemi
25.11.2023 20:59 3 dəq oxuma

Elm nə qədər inkişaf etsə də körpələri bu sancıdan tam xilas etmək mümkün olmayıb. Hər bir valideyn müxtəlif üsullarla bu problemlərin öhdəsindən gəlməyə çalışır.  

Körpələrin həssas həzm sistemi qaz sancısı və köpə səbəb ola bilir.

Yeni doğan körpələrdə onurğa iliyi kanalının  tam olaraq inkişaf etməməsi həzm sisteminin düzgün işinə maneə törədir.

Bundan əlavə əmərkən və ya bəslənərkən çox hava udmaq, ana südü və ya süni qida həzmdə çətinlik yaradır. Bu normal qəbul edilir. Əlavə qidaya keçid zamanı da həzmdəki problemlər qaz sancısının daha da şiddətlənməsinə yol açır.  

TurpKimi.com  çağası olan valideynlərin mütlq bilməli olduğu bəzi ipucları təqdim edir:

Körpənin qaz sancısı çəkdiyini necə anlamaq olar?

Qaz çıxarma və ya gəyirmə

Körpə qıçlarını qarına doğru çəkir və qıvrılma hərəkətləri edirsə

Qarında şişkinlik və ya quruldama səsi eşidilirsə

Körpə qoxulu və ya qoxusuz qaz çıxarır və ya tez-tez gəyirirsə

Yuxusuz gecələr və həddindən artıq ağlamalar körpələrdə qaz sancısının işarələri ola bilər.

Körpələrdə qaz sancısı həzm prosesi əsnasında yaranır, bu da normal haldır. Ancaq körpələrdə aşağıdakı səbəblərə görə qaz sancısı daha çox ortaya çıxa bilər:

Yeni doğulan körpələrdə onurğa iliyi kanalı tam  inkişaf etmir, buna görə də  həzm sistemi düzgün işləmir. 
Körpələr əmərkən çox hava uda bilərlər.

Ana südü və ya əmziklə bəslənərkən körpələr səhv şəkildə tutulduqda  hava uda bilərlər.

Ana südü və ya süni qidalar  həzm edilən zaman qaz sancısına yol aça bilər.

Əlavə qidalara keçid zamanı bəzi qidalar daha çox qaz yarada bilər.  

Sağlamlıq problemləri, məsələn soyuqdəymə,  çölyak xəstəliyi, Crohn xəstəliyi kimi hallar da qaz sancısını artıra bilər.

Körpələr ağladıqca da da qaz sancısı şiddətlənə bilər.

Körpələrin qaz sancısını  azaltmaq üsulları 

Doğru əmizdirmə texnikaları

Körpəni doğru şəkildə əmizdirmə hava udma riskini azalda bilər.

Əmizdirmə əsnasında körpənin başını yüksək tutaraq, hava udma ehtimalını minimuma endirə  bilərsiniz.

Ana südü və ya əmziklə bəslənərkən körpələrin hava udmamasına diqqət yetirilməlidir.

Körpənin əmərkən hava udmasını önləmək üçün bəsləmə əsnasında qısa aralar vermək faydalı ola bilər.

Ana südü və ana südünə yaxın tərkibdə olan qidalara üstünlük verilməlidir. 

Süni qida verənlər isə yemək seçimini düzgün etməlidilər. 

Əlavə qidalara keçid əsnasında qidaların qaz yaratma xüsusiyyətinə diqqət etmək lazımdır.  

Yeni qidalara az-az keçilməlidir. 

Körpəni ayaqüstə tumaq və kürək masajı etmək lazımdır. Körpəni qidalandırmazdan əvvəl və yeməkdən sonra  massaj etdikdə qazın daha rahat çıxmasına kömək edə bilər. 

Körpənin ayaqlarını qarnına doğru yüngülcə qaldırmaq qazın hərəkət etməsinə kömək edə bilər.

Körpələr ağladıqda mühiti sakitləşdirmək, rahatlamasına  və qaz sancısının azalmasına kömək ola bilər.

Yelləmək, yüyrükdə yırğalamaq  və ya həzn bir musiqi kimi sakitləşdirici üsullar sınana bilər.

Ümumilikdə körpəsi olan analar daim axtarışda olmalıdılar, yenilik axtarmalıdılar. Bəzən biliyiniz üsul təsirli olmaya və ya davamlı olaraq işə yaramaya bilər. Taktikalar körpəyə görə dəyişir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com