Körpələrdən niyə qəşəng iy gəlir? - Elmi səbəbi açıqlandı


Uşaqlardan gələn bu gözəl iy hardan qaynaqlanır?

korpelerden-niye-qeseng-iy-gelir
29.04.2019 01:11 1 dəq oxuma

Körpədən xüsusi, heç bir qoxuya bənzəməyən xoş iyi gəlir. Alimlər bu qoxunun elmi açıqlamasını tapıblar.

Körpələr dünyaya gələrkən steril və mikrobsuz olurlar. Ancaq qısa müddətdə ağız, burun, genital bölgələr mikroblar tərəfindən işğal edilir. Bu mikroorqanizmlər "infeksiya" deyil. "Flora" kimi tanınır və xeyirli bakteriyalardan yaranır.

Bu bakteriyaların məqsədi qorumaqdır və özlərinin xüsusi qoxusu var. İnsan steril canlı olmadığı üçün hər bədənin özünün xüsusi qoxusu var. İnsan həyatında bədənin qoxusuz dönəmi isə körpəlik vaxtıdır.

Firuzə Alimova / TurpKimi.com