Hərdən körpəniz müxtəlifliyi ilə diqqətinizi cəlb edir?
Yarımçıq yatmaq və ya saatlarla yatmaq, çox yemək və ya iştahsızlıq, davalı olaraq dəyişən əhval-ruhiyyə kimi davranışında müşahidə olunan qısa müddətli bəzi hərəkətlər körpənizin böyüdüyünü göstərən işarələrdir.
TurpKimi.com körpənizin böyüdüyünü göstərən işarələri təqdim edir:
1 – Yuxu rejimi dəyişir
Bəzi körpələr böyüyən zaman daha çox, bəziləri isə daha az yatır. Yuxu “böyümə hormonu” olaraq adlandırılan ilkin böyümə hormonunun istehsalında vacib rol oynayır.
2 – Daha səs-küylü olur
Körpəniz böyüdükcə daha çox qışqırmağa, səs-küy salmağa başlayır. Ac və yorğun uşaq həddən artıq hay-küyçü olur. Bu zaman uşağınızda ağrıların olduğunu düşünürsünüz? Böyümə zamanı körpənizin sümüklərindəki vətər və əzələlərin gərilməsi bəzi ağrılara səbəb ola bilir.
3 – Davamlı olaraq acıması
Körpənizi tam olaraq qidalandırdığınızı düşündüyünüz halda uşaq yenə də yemək istəyə bilər. Davamlı olaraq nəsə yemək istəməsi uşağınızın böyüməsinə işarə olaraq adlandırıla bilər. Məsələn, əmizdirilən uşaq 24 saat ərzində çörək istəyə bilər.
4 – Mahir kələkbaz
Körpənizin hansısa oyuncaqla oynamasını, bir şeyi alqışlamasını və ya yeni bacarıqlarını böyüməsiylə əlaqələndirmək bir az çətindir. Lakin bir uşağın beyni dünyanı gəzməyi öyrənərkən bədəninin digər hissələriylə birlikdə fiziki olaraq genişlənir vəkəllə sümüyünün böyüməsinə, inkişaf etməsinə səbəb olur. Uşağınızın bacarıqlarından başqa, rol oynaması da onun böyüməsinə işarədir. Məsələn, sizə nəsə etdirə bilmək üçün ağlaması, üzülürmüş kimi etməsi və ya yalandan qəh-qəhə çəkməsi uşağınızın mahir kələkbaz olduğunun və onun böyüdüyünün göstəricisidir.
Firuzə Alimova / TurpKimi.com