Körpənizin əsəbiləşməsini istəmirsinizsə... - Bu davranışlardan çəkinin!


Körpənizin nə istədiyini anlamır  və ağlamağını dayandıra bilmirsiniz? 

korpenizin-esebilesmesini-istemirsinizse-bu-davranislardan-cekinin
04.11.2022 08:03 2 dəq oxuma

TurpKimi.com körpənizin əsəbiləşməsinə səbəb olacaq hərəkətlərin siyahısını təqdim edir:

Yeməyi rədd etmə

Körpənizə yemək yedizdirməkdə çətinlik çəkirsiniz və ona israrla yemək yedirtmək istəyirsiz? Cavabınız "Bəli" olacaqsa, diqqətlə oxuyun.

Körpənizin ac olmağını siz düşünürsüz, o an tox ola bilər. Uşaq yemək istəmirsə, israr edərək onu əsəbiləşdirməyin. Belə anlarda körpənin diqqətini yayındırın və bir az zaman keçdikdən sonra yedizdirməyə cəhd edin. 

Yeriməyə başlayanda onu həvəsləndirin

Körpəniz ilk addımları atdıqda tez-tez yıxılacaq. Onu motivasiya edin. Qəfl reaksiyalar  verməyin. O yıxılarkən üz ifadənizi qoruyun,  kəskin reaksiya verməyin və onu növbəti addım atmaq üçün həvəsləndirin. 

Dərhal "Olmaz"  deməyin

Körpəniz yemək yeyərkən çəngəli, ya da oyuncaqlarını yerə ata bilər. Bu cür vəziyyətlərdə "Olmaz"  demək körpənizi daha da inadlaşdıracaq. Bunun yerinə yerə atdığı obyekti yerdən qaldırmayın və onu başqa şeylərlə əyləndirməyə çalışın. Bir müddət sonra bu vərdişindən imtina edəcək.

Özünü ifadə edə bilmirsə

Körpələr ilk danışmağa başladıqları zaman söz ehtiyatı az olur və düzgün cümlə qurmaya bilər. Bu vəziyyətdə onlara lağ etməyin və cümlələri tamamlamasına kömək edin. 

Hər kəsin qucağına almasına  icazə verməyin

Körpələr 6-7 aylıq olanda  ana-atasını digər insanlardan seçməyi bilir. Sizin üçün yaxın olan digər ailə üzvləri körpəniz üçün yad adam sayıldığından  özlərini köməksiz, təhlükədə hiss edə bilərlər. Bu vəziyyətlərdə körpənizin qorxu yaşamaması üçün başqasının qucağına getmək istəmədikdə israr etməyin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

28-05-2022