"Qatılaşdırılmış südün ana üçün südartırıcı təsiri yoxdur, əksinə ziyanı var".
“Bir uşaqda inək südünə qarşı allergiya diaqnozu qoyulubsa, keçi südü verilə bilər”.
TurpKimi.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.
Onun sözlərinə görə, körpələrə verilən süni qidalar inək südü tərkibli yeməklərdir: “Birbaşa inək və keçi südünün verilməsi doğru deyil. Heyvan yalnız öz balası üçün süd emal edir. Qatılaşdırılmış südün ana üçün südartırıcı təsiri yoxdur, əksinə ziyanı var. Ana südünü artırmaq üçün ananın psixoloji rahat olması lazımdır. Bol maye qəbulu şərtdir. Eyni zamanda körpəni sıx-sıx əmizdirmək vacibdir. Döşün dolu olmasını gözləyib uşağı əmizdirmək doğru deyil. Məsləhət odur ki, daimi şəkildə əmizdirmək lazımdır. Gecə boyu uşağa süni qida verib ananın yatması süd artımına səbəb olmur. Əksinə süd azalması baş verir. Süd verən zaman ananın yeməyi ilə bağlı hər hansı qadağa yoxdur. Sadəcə, çoxlu şirniyyat yeyilməməsi tövsiyə olunur. Bundan başqa, ana ilə körpə eyni otaqda olmalıdır”.
Yazılıb: 06.08.2021-ci ildə
TurpKimi.com