Kredit kartı ilə qurbanlıq heyvan almaq olarmı? - AÇIQLAMA


Türkiyənin Diyanət İşlərindən açıqlama...

kredit-karti-ile-qurbanliq-heyvan-almaq-olarmi
22.05.2023 14:03 1 dəq oxuma

Bildiyimiz kimi 28-29 iyunda Qurban bayramı qeyd ediləcək. Bu bayramın əsas ritullarından biri də maddi imkanı çatan müsəlmanların Allah yolunda qurbanlıq heyvan kəsməsidir.

Lakin son zamanlar bu bayramla bağlı ən çox soruşulanlar arasında "kredit kartı ilə qurbanlıq heyvan almaq olarmı, günah sayılmazmı?" kimi suallar yer alır.

Məsələ ilə bağlı Türkiyə mediasında yazı dərc edilib. Vətəndaşların bununla bağlı sualını Diyanət İşləri Ali Qurumu cavablandırıb:

“Qurban kəsmək məcburiyyətində olan şəxs qurbanlıq heyvanı nəğd ala bildiyi kimi, kredit kartı ilə bir dəfə çəkməklə və ya hissə-hissə ödəməklə də ala bilər. Bu çərçivədə qiymətin kredit kartı ilə ödənilməsi qurbanlığa əngəl deyil. Lakin kredit kartındakı borcu vaxtında, gecikdirmədən və faizə düşmədən ödəmək lazımdır. Bank kredit kartı ilə qurban alarkən müddəti özü tətbiq edərsə və əlavə haqq ödənərsə, kəsilən qurban səhihdir. Lakin faizli əməliyyat günah olduğu üçün ondan çəkinmək lazımdır”.

Firuzə Alimova / TurpKimi.com