Kristal göz yaşı tökən qızın sirrini açdılar


Tədqiqatçılar 22 yaşlı qızın göz yaşlarından çıxan kristalları toplayaraq müayinəyə göndəriblər.

kristal-goz-yasi-token-qizin-sirrini-acdilar
01.10.2019 07:41 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki,  kristal göz yaşı axıdaraq insanları təəccübləndirən qızın üzərində tədqiqat aparılıb.  Məlum olub ki, qızın gözlərindən tökülən yaş kristal deyil, şüşə parçalarıdır.  Özü də qız bunu qəsdən edir.

Elm sübut edib ki,  bu cür şüşənin isə insan orqanizmində əmələ gəlməsi qeyri-mümkündür.

Alimlər qızın fırıldağını üzə çıxardaraq, belə qənaətə gəliblər ki, qız ruhi xəstədir.  

O, “Münhauzen” sindromu adlı ruhi xəstəlikdən əziyyət çəkir.  Adətən, belə insanlar bir xəstəliyin əlamətlərini özlərində qəsdən yaradırlar. Üstəlik, qızın qeyri-adi bir xəstəliyi özündən yaratmaq üçün sağlamlığını riskə atması həkimləri təəccübləndirib. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com.