Lavaşdan "budamı olur?" deməyin...
Yüngül və dadlı cərəz axtarırsınızsa, lavaşdan çipsilər hazırlaya bilərsiniz. Əldə edəcəyiniz yeni resept təkcə uşaqların deyil, həm də böyüklərin ləzzətlə dadacağı cərəz olacaq.
Qeyd edək ki, hazır çipsilərin tərkibində çoxlu miqdarda yağ və qatqı maddəsi olur. Lakin evdə hazırlayacağınız çipsinin içinə qatılanlar hər birimizə məlum olan ədviyyatlardır.
Lazım olanlar:
Lavaş
1 çay qaşığı tomat
Yarım çay qaşığı bibər tomatı
Yarım stəkan su
5 yemək qaşığı duru yağ
1,5 çay qaşığı duz
Yarım çay qaşığı qara bibər
1 çay qaşığı sarıkök (kimyon)
Pul bibər
2 çay qaşığı qarğıdalı unu
1-2 diş sarımsaq
Hazırlanması:
Bir qabın içinə tomatları, ədviyyatları, suyu, qarğıdalı unu və əzdiyiniz sarımsaqları tökün. Sarımsaqdan istifadə etmək istəmirsinizsə, bir ədəd soğanı rəndələyib ancaq suyunu qaba sıxın. Daha sonra hamısını yaxşıca qarışdırın.
Həmin sousu lavaşların hər iki üzünə sürtün və lavaşları balaca üçbucaq şəklində kəsin. Sobanın tavasına yağlı kağız sərib üzərinə çipsiləri düzün. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada lavaşlar yaxşıca quruyana, çipsi halına gələnə kimi bişirin.
Çipsiləri süfrəyə qatıqla birlikdə servis edə bilərsiniz.
Nuş olsun!
Firuzə Alimova / TurpKimi.com