Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ


Hava üç günlük dəyişəcək...

leysan-yagacaq-dolu-dusecek
25.04.2022 15:22 1 dəq oxuma

Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin aprelin 26-27-28-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda lokal qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir.

TurpKimi.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı məlumatda bilidirilib.

Qeyd olunub ki, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

TurpKimi.com