Ləzzət fırtınası – düyü salatı


Həm göz oxşayan, həm də damağınızda ləzzət fırtınası yaradan düyü salatı hazırlayırıq.

lezzet-firtinasi-duyu-salati
30.08.2024 23:38 1 dəq oxuma

Düyü salatı yüngül və doyurucudur. Əsas və ya köməkçi  yemək olmağı sizdən asılıdr. Ehtiva etdiyi müxtəlif tərəvəzlər, ədviyyatlar və ləzzətli sousuyla sağlam  alternativ axtaranlar üçün ideal bir seçimdir.

Salat üçün lazım olan ərzaqlar:

1 su stəkanı düyü
2 su stəkanı su
1 ədəd qırmızı bibər (doğranmış)
1 ədəd sarı bibər (doğranmış)
1 ədəd xiyar (doğranmış)
1 kiçik qutu konservləşdirilmiş qarğıdalı
1 kiçik qutu konservləşdirilmiş yaşıl noxud
4-5 budaq göy soğan (incə -incə doğranmış)
1/2 dəstə şüyüd
1/2 dəstə cəfəri 
1/4 su stəkanı zeytun yağı
1 limonun suyu
Duz, qaraistiot

 Hazırlanması:

Düyünü yuyun və 2 su stəkanı su ilə asta atəşdə suyu çəkilənə qədər bişirin. Bişdikdən sonra soyumağa qoyun.

2. Tərəvəzləri hazırlama prosesi:

Bütün tərəvəzlər doğranılır,  yaşıl noxud, qarğıdalı süzgəcdən süzülür. 

Hamısını bir-birinə qarışdırın. Üzərini istədiyiniz kimi bəzəyin. 

Əsas ipucları:

Düyünü qaynadarkən suyunun tamamilə çəkməsinə diqqət yetirin, əks halda salat yapışqan olar. 
Limon suyu və zeytun yağı nisbətini damaq zövqünüzə görə nizamlaya bilərsiniz.
Salatınızı daha rəngli və ləzzətli hala gətirmək üçün fərqli tərəvəzlər və ya zeytun əlavə edə bilərsiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com