Ləzzətli portağallı toyuq - Dad fırtınası


Sitrus meyvələrinin təzə dadı və toyuq ətinin yumşaqlığını bir araya gətirəndə fantastik ləzzət alınır.  

lezzetli-portagalli-toyuq
29.11.2024 22:29 2 dəq oxuma

TurpKimi.com-un təqdim etdiyi resept süfrənizə həm gözəllik, həm də ləzzət qatacaq.

Ərzaqlar:

4 ədəd toyuq sinəsi (və ya bud)

2 yemək qaşığı zeytun yağı

1 su stəkanı təzə sıxılmış portağal suyu

1 yemək qaşığı rəndələnilmiş portağal qabığı

2 diş sarımsaq (əzilmiş)

1 yemək qaşığı bal və ya bəkməz

1 yemək qaşığı soya sousu (istəyə görə)

Yarım çay qaşığı duz

Yarım çay qaşığı qara istiot

1 kiçik çay qaşığı qarğıdalı nişastası (sousun konsistensiyas(n)ı üçün)

Təzə kəklikotu və ya bibəriyə (servis üçün)

Hazırlanması:

1. Toyuqları Hazırlayın

Toyuq sinəsini və ya budlarını təmizləyin və artıq yağlarını alın. Duz və qara istiotla yüngülcə marinə edin.

2. Sousun hazırlanması

Bir qabda portağal suyu, rəndələnilmiş portağal qabığı, bal (və ya bəkməz), sarımsaq və soya sousunu qarışdırın.

Qarışığa qarğıdalı nişastasını əlavə edərək yaxşıca çırpın.

3. Toyuqları azca bişirin

Tavanı qızdırın və zeytun yağını əlavə edin.

Toyuqların hər iki tərəfini  qızılı rəng alanadək bişirin. (Təxminən 3-4 dəqiqə)

Toyuqlar tamamilə bişməsə də, sousla bişəcəklər.

4. Sous ilə qatışdırın

Hazırladığınız portağal sousunu tavaya əlavə edin və toyuqla qatışdırın.

Orta atəşdə, sous konsistensiyası alanadək qədər bişirin. (10-15 dəqiqə)

5. Xidmət

Təzə kəklikotu və ya bibəriyə ilə bəzəyərək isti şəkildə servis edin. Yanında plov və ya tərəvəzli bir qarnitur ilə təqdim edə bilərsiniz.

İncə məqamlar:

Təzə portağaldan istifadə edin: Portağalın təzə sıxılmış suyu və qabığı yeməyin təbii aromasını artırar.

Marinə müddəti: Toyuqları ən az 30 dəqiqə sous içində saxlayın. Bu  ətrin daha yaxşı çəkməsini təmin edər.

Soya sousunun tarazlığı: Sousa sousu duzlu olduğu üçün duzu diqqətlə əlavə edin və ya tamamilə əlavə etməyə bilərsiniz.

Konsistensiyalı sous: Sousun konsistensiyasını qarğıdalı nişastası ilə  nizamlayın. Çox qatı olmammalıdır, bu  toyuğun ləzzətini aparmamaq baxımından əhəmiyyətlidir.

Aşağı dərəcədə bişirmə: Toyuğu aşağı odda bişirərək həm yumşaq, həm də sulu qalmasını təmin edə bilərsiniz.

Portağallı Toyuğun Yanında Nə Servis Edilər?

Düyü Plovu: Yüngül yağlı bir plov, portağal sousunun ləzzətini tarazlaya bilər.

Tərəvəz Qarnituru: Buxarda bişirilmiş brokoli, kök və ya qızartma tərəvəzlərlə gözəl alınar..

Təzə göyərtilər: Limon souslu bir roka və ya yaşıl göyərtilrdən ibarət salat yeməyin yüngüllüyünü daha da artırar. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com