Limon seçərkən nəyə diqqət etməliyik?
Limonun təzə olduğunu anlamaq çox vacibdir. Limonun yaxşı olub-olmadığını anlamağın yolunu üzərindəki cizgilərdən müəyyən etmək mümkündür. Belə ki, limonun qabığında olan xətlər onun haqqında məlumatlandırıcı ola bilər.
TurpKimi.com bildirir ki, yaxşı bir limon çəkisi və xüsusilə də qabığının qalınlığı ilə müəyyən edilir. Odur ki, limonu seçərkən diqqətli olmaq lazımdır.
Bundan başqa, seçdiyiniz limonun qabığı nazikdirsə və saplağın olduğu yerdə xırda xətlərin əmələ gətirdiyi çuxur varsa, bu onun ən yaxşı limon olduğunu göstərir. Bu həmçinin meyvədə yüksək miqdarda mineralın olduğu deməkdir.
Firuzə Alimova / TurpKimi.com