Limonlu qəhvə - həqiqətən super gücə malik bir içkidir?


Bu ikilinin qarışımı nəyə faydalıdır?

limonlu-qehve
30.05.2022 11:29 2 dəq oxuma

İki möhtəşəm qidanı qarışdırdıqda daha mükəmməl bir şey olmalıdır, elə deyilmi? Çünki ayrı-ayrılıqda həm qəhvənin, həm də limonun saymaqla bitməyən faydalarından məlumatlıyıq. Bəs bu ikili qarışdıqda həqiqətən bizim üçün faydalı ola bilərmi?

TurpKimi.com bildirir ki, bununla bağlı bəzi iddialar var.

Kafein çəkinin atılması üçün təsirlidir. Xüsusilə də qəhvərəngli yağı, karbohidrat və yağların metabolizmasını sürətləndirir. Lakin limonla birlikdə arıqlamağa kömək etməsiylə bağlı hər hansı əlaqə tapılmayıb. Odur ki, limonlu qəhvə yağları yandıran bir içki deyil. Lakin qəhvə aclıq hissini azaltmağa kömək edir.

Limonlu qəhvə ilə bağlı yayılan digər məşhur iddia isə baş ağrısını aparmasıdır. Lakin bu iddia da elmi araşdırmalarla sübut olunmayıb. Hətta bəzi hallarda bağ ağrısına səbəb ola bilər. Bəzi dərmanları kafeinlə birlikdə içərək, təsirini yüksəltmək mümkündür, ancaq bu məsələdə limonun heç bir faydası yoxdur.

Digər bir inanca görə bu içki ishaldan xilas edir. Tam əksinə! Kofein yoğun bağırsağın hərəkətliyini artırır və tualetə getmək istəyini sürətləndirir. Ümumiyyətlə, ishal vəziyyətində qəhvə içmək yaxşı fikir deyil, çünki bağırsaqları hərəkətə gətirməsiylə bədəndə su itkisinə, bu da vəziyyətin daha da pisləməsinə gətirib çıxara bilər. Düzdü, ishalın qarşısını almaq üçün limonlu sudan istifadə olunur, ancaq qəhvəylə qarışımı haqqında eyni sözü demək olmur.

Bəs qəhvəylə limonu qarışdırıb içmək faydalılıq xüsusiyyətini artırır?

Qəhvə və limon sağlam qidalanma və həyat tərzində yaşayan insanlar üçün gözəl seçimdir. Lakin hər ikisinin qarışımının faydalılıq xüsusiyyətləri haqda nəsə demək çətindir. Lakin bunun bir içki kimi pis bir seçim olduğu demək deyil. Əsla..! Məsələn, səhərlər maraqlı dad almaq üçün limonlu qəhvə gözəl seçimdir, ancaq ondan sehirli güc gözlənilməməlidir. Limonun sayəsində qəhvə təzələnir və acı dadı yumşalır.

Firuzə Alimova / TurpKimi.com

Dərc olunub: 22-06-2021