Əksəriyyətimiz limonun suyunu sıxıb qabıqlarını atırıq, amma səhv edirik.
Daha çox C vitamini olmaqla sağlamlığa faydalı komponentlər ehtiva edən limonun qabıqlarını atmamaq üçün 6 səbəbiniz var. TurpKimi.com limon qabığının 6 faydasını təqdim edir:
Limon qabığında olan polifenollər, vitaminlər, minerallar, lif, karotenoidlər və esansial yağlar orqanizmi bir çox xəstəliyə qarşı qoruyur. Ancaq kalsium səviyyəniz aşağıdırsa, böyrəklərinizdə kalsium oksalat daşı varsa, ya da keçmişdə oldusa mütləq həkimlə məsləhətləşmək lazımdır. Limon suyu təzyiqi aşağı saldığı üçün, aşağı təzyiqi olan və ya təzyiq dərmanı istifadə edənlər həkimlə məsləhətləşmədən istehlak etməməlidir.
Çayınıza, ya da rəndələyərək salat və peçenyelərinizə qata biləcəyiniz limon qabığında gizlənmiş 6 fayda:
1- DİŞ ƏTLƏRİNİ GÜCLƏNDİRİR
Limon qabığı C vitamini çatışmazlığı ilə əlaqəli olan, qanayan diş əti xəstəliyinin meydana gəlməsini önləyir. Limonda və qabığında olan C vitamini sayəsində skorbüt xəstəliyi yaranmır.
2- QARACİYƏRDƏ YAĞLANMANI AZALDIR
Limon qabığının tərkibində olan pektin və esansial yağlar və PMF (polymethoxylated flavones) sayəsində ümumi xolesterol səviyyəsini, triqliserid səviyyələrini, qaraciyər yağlarını azaldır.
3- BAĞIRSAQLARI QORUYUR
Limon qabığında mövcud olan diyet lifi bağırsaq funksiyalarını və bağırsaq sağlamlığını qoruyur. Bundan əlavə limon qabığının ehtiva etdiyi pektin qəbizliyin qarşısını alır.
4- HÜCEYRƏLƏRİN ZƏDƏLƏNMƏSİNİN QARŞISINI ALIR
İçərisindəki yüksək miqdarda antioksidant olan limon qabığı hüceyrələrə zərər vuran sərbəst radikalları zərərsizləşdirir. Yüksək miqdarda C vitamini isə DNT-nin zədələnməsinin qarşısını alır.
5- XƏRÇƏNG RİSKİNİ AZALDIR
Limon qabığı içərisindəki limonen və salvestrol Q10 sayəsində xərçəngli hüceyrələrlə mübarizə aparmağa kömək edir. Avstraliyada aparılan təcrübələrə görə ağız, boğaz və mədə xərçəngi riskini 40-50 faiz azaldır.
6- DAMAR SAĞLAMLIĞINI QORUYUR
Limon qabığındakı flavonoidlərdən olan hesperidin və naringin sayəsində damarın quruluşunu qoruyur və laxtalanma riskini azaldır. Yüksək C vitamini sayəsində tac damar- koroner arter xəstəliyini azaldır.
SAĞLAMLIĞA FAYDALI LİMONAD RESEPTİ
-4 ədəd limon
-300 qr çiyələk
-1 su stəkanı xurma suyu
-1 litr su
-Nanə yarpaqları
Limonları bir qabda rəndələyin. Rəndələnilmiş limonların suyunu sıxın. Çiyələkləri yuyub təmizləyin və blenderdən keçirin. 2 saat suda saxladığınız xurmaların dənələrini çıxardıb qabıqlarını soyduqdan sonra blenderdən keçirin, üzərinə isti su əlavə edərək süzgəclə süzün. Geniş bir qabda limon rəndəsi, çiyələk, limon suyu və xurma suyunu bir saat saxlayın. Qarışığa bir litr su əlavə edin. Qarışığı süzgəclə süzün. Nanə yarpaqları ilə soyuq halda servis edin. Nuş və şəfa olsun!
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 03-01-2021