Limonun içinə bir neçə damcı zeytun yağı damlatsanız...


Bu iki məhsulun birləşməsindən danışaq...

limonun-icine-bir-nece-damci-zeytun-yagi-damlatsaniz
13.04.2023 00:43 2 dəq oxuma

Limon və zeytun yağı...

Təbiətin bizə təqdim etdiyi möcüzələr arasında olan limon və zeytun yağı süfrələrimizdən əskik deyil.

Limon və zeytun yağının faydalarını ayrıca saysaq, bitirə bilmərik. Bu iki möcüzəvi məhsul bir araya gəldikdə faydalarını ikiqat artırmağı bacarır və xəstəliklərə qalib gəlməyə kömək edir.

Yeməklərimizin əvəzolunmazları olan bu iki qida, xəstəliklərlə mübarizədə də bizə böyük fayda verir.

Limonun mənfi enerjini sakitləşdirmək və dərini ağartmaq tərəfi var. Eynilə, zeytun yağı yaraları bərpa etməyə kömək edir.

Limon sirkə ilə birləşdiyi zaman pis göz enerjisini də aradan qaldırır. Eyni şəkildə zeytun yağı da faydalarını birləşdiyi məhsullarla daha çox göstərir.

Bu iki məhsulun birləşməsindən danışsaq; 1 qaşıq zeytun yağı və 10-12 damcı limon suyu qarışdırılıb acqarına içilsə, qaraciyərdəki bütün zəhərlər xaric olur və dəri təmizlənir.

Quru və çatlamış dodaqlar üçün faydalı olan bu qarışıq qış aylarını problemsiz keçirməyinizə kömək edir.

Zeytun yağında E vitamini, limon isə limon turşusu ilə zəngindir. Bu iki maddənin qarışığı isə orqanizmdə yığılan toksinləri xaric edir.

Limon və zeytun yağı qarışığı çəki problemlərini həll edir. Yemək vərdişinizi tarazlayır, ödəm və şişkinliyə müsbət təsir edir. Buna görə də pəhriz saxlayanların siyahısına əlavə edilməli olan qarışıqdır.

Mədə turşusunu balanslaşdırır. Tərlə açılan məsamələrin daralmasında faydalıdır.

Zeytun yağı və limon qarışığı "Alzheimer" xəstəliyindən və zehni depressiyadan qoruyur. Depressiya riskini azaltmaqla yanaşı, yaddaşı gücləndirir.

Firuzə Alimova / TurpKimi.com