Maddələr mübadiləsini sürətləndirərək çəkini azaldan - 9 qida - Arıqlamağın zamanıdır


Sağlam çəkini qorumağın təməl faktorlarından biri  sağlam maddələr mübadiləsinə sahib olmaqdır. Buna görə nə yediyinizlə bağlı şüurlu olmaq çox vacibdir.

maddeler-mubadilesini-suretlendirerek-cekini-azaldan-9-qida
07.06.2021 00:12 2 dəq oxuma

 TurpKimi.com olaraq maddələr mübadiləsini sürətləndirməyə və  daha çox çəki itirməyinizə  kömək edə biləcək ən təsirli qidaların siyahısını təqdim edirik:

Dəniz yosunu 

Dəniz yosununda olan yod, tiroid hormonunun düzgün işləməyi  və tiroid vəzi üçün lazımdır. Tiroid vəzi  başda maddələr mübadiləsinin təşkil edilməsi daxil olmaqla çox yerdə əhəmiyyətlidir.

Dəniz yosunundakı maddələr mübadiləsinin artmasına köməkçi ola biləcək bir başqa komponent isə yandırılan kalorini artıran fukoksantindir.

Kakao 

Mütəxəssislər kakaonun maddələr mübadiləsini sürətləndirdiyini sübut edib. Araşdırmalara görə kakao yağın enerjiyə çevrilməyi üçün vücudu oyandırır. 

Kakao orqanizm  tərəfindən istehlak edilən kalori miqdarını azaltmağa da kömək edir. 

Zəncəfil

Zəncəfil  arıqlamaqda  bir çox baxımdan faydalıdır. Zəncəfildəki şogaol adı verilən maddə  iltihabı azaltmaq qabiliyyətinə malikdir.

Zəncəfil həm də pankreas beta hüceyrələrinin funksiyasını yaxşılaşdırmağa və insulin qəbuledicilərini artırmağa kömək edə bilər. Bunların hamısı maddələr mübadiləsini sürətləndirməyə kömək olur.

Acı bibər 

Acı bibərdə olan kapsaisin adlı kimyəvi  element maddələr mübadiləsini sürətləndirərək daha çox kalori və yağ yandırılmasına kömək edir. Araşdırmalar kapsaisinin hər gün 50 kaloriyə qədər yandırmağa kömək etdiyini göstərib.

Acı bibərin eyni zamanda iştahı azaltdığı və bu şəkildə kilo verməyə kömək etdiyi bilinməkdədir. Kapsaisin sizi daha uzun müddət tox tutur. 

Hindqozu yağı 

Hindqozu yağı  triqliseridlər adı verilən möcüzəvi bir yağ qaynağıdır. Bu triqliseridlər sorulur və enerji üçün istifadə edilmək üçün qaraciyərə gedir; yəni yağ şəklində yığılmaq yerinə enerjiyə çevrilir.

Yaşıl çay 

Araşdırmalar  kafeinli içkilərin kilo vermədə böyük rol oynadığını  göstərir. Bəzi çaylarda yüksək səviyyədə kafein var. Bunlardan biri də  yaşıl çaydır. 2012-ci ildə aparılan  araşdırma yaşıl çayın obez qadınlarda maddələr mübadiləsinin sürətini artırmağa köməkçi olduğunu göstərib.

Yaşıl çay  maddələr mübadiləsini sürətləndirən kateşin adlı bir maddə ilə də zəngindir.  

Paxlalılar 

Mərcimək, soya paxlası və noxud kimi qidalardan ibarət  bu bitki ailəsi zülal baxımından çox zəngindir. Bu da onları maddələr mübadiləsini sürətləndirmək üçün möcüzəvi bir qida  olmasına kömək edir. 
Liflə zəngin olduqları üçün toxluq hissi yaradır. 2009-cu ildə aparılan bir araşdırmaya görə yüksək zülallı paxlalı diyet piylənmədən əziyyət çəkən kişilərin diyetlərinə nəzarət edərək kilo vermə şanslarını artırmağa kömək edir.

Alma sirkəsi 

Araşdırmalar alma sirkəsinin yığılmış yağları azaltmaq və daha çox yağ yandıran AMPK fermentlərini xəbərdar edə bildiyini göstərir. 

Alma sirkəsi qarın ətrafında olan yağ və qaraciyər yağının da əriməsinə təsir edir. 

Su 

Su içmək maddələr mübadiləsinizi 24-30 faiz artırmağa kömək edir. Bu, bədənin özündəki  suyu isitmək üçün istiliyini artırmaq lazım olduğunda və bu müddətdə daha çox kalori yandırdığında reallaşar.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 13.04.2021