Göz sağlamlığına faydalı olan meyvə...
Sultan böyürtkən, ağac çiyələyi, dağ çiyələyi də adlandırılan moruq A, C, E vitaminləri, fol turşusu ilə zəngindir. Bundan başqa, tərkibində protein, karbohidrat, sellüloz, limon turşusu, efir yağı, P vitamini, kalsium, maqnazium, fosfor, dəmir, manqan və mis birləşmələri də var.
100 qram moruqun tərkibində olanlar:
Su – 85,75 q
Enerji – 52 kkal
Protein – 1,2 q
Lipidlər – 0,65 q
Karbohidrat – 11,94 q
Lif – 6,5 q
Şəkər – 4,42 q
Kalsium – 25 mq
Dəmir – 0, 69 mq
Maqnezium – 22 mq
Fosfor – 29 mq
Kalium – 151 mq
Natrium – 1 mq
Sink – 0,42 mq
C vitamini – 26,2 mq
Tiamin – 0,03 mq
Riboflavin – 0,04 mq
Niasin – 0,6 mq
B6 vitamini – 0,06 mq
Folat – 21 mq
B12 vitamini – 0 mq
A vitamini – 2 mq
E vitamini – 0, 87 mq
D vitamini – 0 mq
K vitamini – 7,8 mq
Yağ turşuları (doymuş) – 0,02 q
Yağ turşuları doymamış – 0,06 q
Xolesterol – 0 mq
Kafein – 0 mq
1 kasa moruqda 8 qram lif, 186 mq kalium, 31 mq kalsium, 26 mkq fol, 32 mq C vitamini, 167 mkq lutein və zeaksantin var.
Qanın təmizləyən moruq orqanizmdən toksinləri atır. Şəkər və böyrək xəstəliyi olanlar moruğu təzə halda yeməlidir.
Orqanizmi canlandırır. Hüceyrələri gücləndirərək daha da çoxaldır. Hərarəti olan insanlar moruq yedikdə bədənin temperaturu aşağı düşür.
A vitamini ilə zəngindir. Vərəm, anemiya və revmatizma kimi xəstəliklərdən əziyyət çəkənlər üçün şəfa qaynağıdır.
Qəbzliyin qarşısını alır, sidikqovucudur.
Moruğun çiçəklərini qaynadıb qar-qara etdikdə diş ətində yaranan problemlərə kömək edir.
Moruğu üzə maska edib sürtdükdə, civzə və qara nöqtələr yox olur.
Moruqdan hazırlanan mürəbbə və ya şərbət şirniyyatlarda istifadə edilir. Təzyiqi aşağı salır.
Moruğun suyu böyrək və öd kisəsi daşlarından əziyyət çəkənlərə faydalıdır.
Göz iltihablanması zamanı suyu ilə sildikdə gözə yaxşı təsir etdiyi bildirilir.
Firuzə Alimova / TurpKimi.com
04-08-2021