Ağrı heç də hər zaman onurğa ilə əlaqəli deyil...
Həkim-terapevt və Birinci Kanalda yayımlanan “Sağlam yaşa!” proqramının aparıcısı Yelena Malışeva bel ağrısı kimi bir simptomun bilinməyən təhlükəli səbəbləri barədə məlumat verib. Mütəxəssis bu barədə fikirlərini öz Telegram kanalında səsləndirib.
“Bel nahiyəsində ağrı heç də hər zaman onurğa ilə əlaqəli deyil. Bu nahiyədə çoxlu sayda orqan var ki, onlardan da ən vacibi mədəaltı vəzidir”, - deyə həkim xəbərdarlıq edib.
Malışeva bu qəbildən ağrı sindromları zamanı dərhal müalicəyə başlamağın doğru olmadığını vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, bu hallarda ilk olaraq hər-hansı ağrıkəsici preparat içmək, sonra isə bu nahiyənin maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsinə yazılmaq lazımdır. Sonra pasiyent mütləq şəkildə həkimə müraciət etməli və müayinə nəticələrini göstərməlidir.
“Bu zaman həkim dəqiq hansı orqanınızda problem olduğunu bilərək sizə düzgün müalicə təyin edəcək. Bu nahiyədə ağrı isə mədəaltı vəzi xərçəngi, böyrək xərçəngi və s. kimi xəstəliklərdən də qaynaqlana bilər”, – deyə aparıcı qeyd edib.
Mənbə: Lenta.ru / Oxu.az