Şəhərlərdə mamırların artırılması təklif olunur...
Aberdin Universitetinin britaniyalı alimləri müəyyən ediblər ki, adi mamırdan şəhər mühitində havanın çirklənmə səviyyəsinə nəzarət etmək üçün istifadə etmək olar.
TurpKimi.com bildirir ki, Tədqiqat “Frontiers in Geochemistry” (FIG) elmi jurnalında dərc olunub.
Komanda Aberdin şəhərindəki parklardan və digər ictimai yerlərdən alınan mamır nümunələrinə diqqət yetirib. Toplanmış nümunələr ən çox yayılmış atmosfer çirkləndiricilərindən biri olan polisiklik aromatik karbohidrogenlər üçün təhlil edilib. Bəzi karbohidrogenlər güclü kanserogen xüsusiyyətlərə malikdir və onlar mutagen ola və sağlam dölün inkişafına mane ola bilər.
Mamırlar su və qida maddələrini kök sistemlərindən deyil, birbaşa havadan aldıqları üçün atmosferdəki çirkləndirici maddələri effektiv şəkildə özlərinə toplayırlar.
Firuzə Alimova / TURPKİMİ.COM