Mandarin bədənimizdəki zərərli birləşmələri məhv edir


Bəs gündə nə qədər naringi yemək olar?

mandarin-bedenimizdeki-zererli-birlesmeleri-mehv-edir
21.11.2024 19:51 1 dəq oxuma

“Naringilər tərkibində yüksək miqdarda limon turşusu olduğuna görə təbii antidot hesab olunur”.

TurpKimi.com xəbər verir ki, bunu həkim-dietoloq İrina Pisareva “Veçernaya Moskva” nəşrinə bildirib. Onun sözlərinə görə, bu meyvələrdə demək olar ki, nitrat yoxdur.

“Naringilərin tərkibində zərərli birləşmələri neytrallaşdıran və bir növ təbii antidot hesab edilən çoxlu limon turşusu var. Ona görə də onlar nitratlardan tamamilə azaddırlar”, - deyə həkim vurğulayıb.

O, əlavə edib ki, naringilər C, D, P, B və K vitaminləri ilə yanaşı, kalsium, kalium və maqnezium kimi minerallarla da zəngindir. Bundan əlavə, mandarin həm də təbii antidepressan hesab olunur. Meyvənin təkcə içi deyil, həm də qabığı yağlar, turşular və flavonoidlərlə zəngindir.

Həkim qeyd edib ki, mandarin müəyyən xəstəliklər fonunda sağlamlığa zərər də verə bilər.

“Kəskin nefrit, hepatit, xolesistit və mədə xorası olanlar mandarin yeməməlidir. Çoxlu şəkər ehtiva etdiyi üçün şəkərli diabet xəstələrinə də zərər verə bilər. Buna görə də gündə beş-altı meyvədən çox olmamaq şərti ilə yemək tövsiyə olunur”, - diyetoloq vurğulayıb.

Firuzə Alimova / TURPKİMİ.COM