Manikür vasitəsilə İİV-ə yoluxmaq mümkündür? - Epidemioloq


Nəzəri olaraq mümkündür, amma...

manikur-vasitesile-iiv-e-yoluxmaq-mumkundur
26.10.2024 01:38 1 dəq oxuma

“Manikür vasitəsilə İİV infeksiyasına yoluxmanı sübut etmək mümkün deyil”.

TurpKimi.com xəbər verir ki, bunu QİÇS-in qarşısının alınması üzrə ixtisaslaşmış mütəxəssis Vadim Pokrovski “NEWS.ru” ilə söhbətində deyib. Mütəxəssis belə bir yolun yalnız nəzəri cəhətdən mümkün olduğunu vurğulayıb. Onun sözlərinə görə, manikür vasitəsilə hepatit B və ya C viruslarına yoluxma ehtimalı yüksəkdir.

“Bu yol nəzəri cəhətdən mümkündür, lakin bunu sübut etmək mümkün deyil. Bu yolla hepatit B və ya C viruslarına yoluxma ehtimalı xeyli yüksəkdir”, - Pokrovski izah edib.

Epidemioloqun sözlərinə görə, manikür prosedurları zamanı dezinfeksiya mütləqdir. Mütəxəssis qeyd edib ki, İİV-ə yoluxmuş insanlar müasir dərmanlardan daim istifadə etməklə, qocalana kimi yaşaya, aktiv cinsi həyat yaşaya və sağlam uşaq dünyaya gətirə bilərlər.

Firuzə Alimova / TURPKİMİ.COM