Manipulyator insanları necə tanımaq olar? - 9 xüsusiyyət


Əvvəlcə manipulyatorun nə olduğuna aydınlıq gətirək. Manipulyator insanlar ətrafı çaşdırarlar və vəziyyəti öz xeyirlərinə dəyişmək üçün hər cür vasitədən istifadə etməkdən çəkinməzlər. Onlar üçün insanların həyatı önəmli deyil.

manipulyator-insanlari-nece-tanimaq-olar
01.01.2020 21:40 3 dəq oxuma

Bəs, bizi manipulyasiya edən, idarə edən insanları necə tanımaq olar?

TurpKimi.com  olaraq sizə   manipulyator insanlara xas 9 xüsusiyyəti təqdim edirik. 

Manipulyator insanlar aldatmaq, yalan danışmaqda əsl sənətkardırlar. Onlar səmimi və fədakar görsənə bilərlər, lakin çox vaxt bu yalnız bir oyundur.  Bu onların əsl sifətlərini göstərməzdən əvvəl sizi cəlb etmək üçün istifadə etdikləri bir yoldur. Manipulyator insanları sizdən bir alət kimi istifadə etməkdən başqa heç nə maraqlandırmır. Güman etdiyiniz kimi bunu etmək üçün bir neçə yol var. 
Arada söz gəzdirirlər, sizin beyninizi, düşüncələrinizi qarışdırırlar,  əsəbiləşməyiniz üçün əllərindən hər gələni edirlər.

Manipulyator insanlar özlərini qurban kimi göstərərlər. Onlar sizi  öhdəsindən gələməyəcəyiniz bir problemə səbəb olmuş kimi qələmə verərlər. Müəyyən bir müddət üçün xoş və səmimi görünə bilərlər və etibarınızı qazanmaq üçün fürsət axtararlar. Tez-tez sizdən müdafiəçi kimi istifadə edərlər. Çox  aqressiv ola bilərlər. İstədikləri şeyləri etmək üçün hər kəsin şəxsiyyətinə toxuna bilərlər. 

“Fürsətçilər, manipulyatorlar heç vaxt özlərində günah görməzlər. Həmişə günahı başqalarında axtararlar” -  Darlene Ouimet.

1. Başqaları onlar üçün maraqlı deyil.

Onlar üçün yalnız özləri maraqlıdır. Ehtiyac və istəklərinin qarşılanması üçün hər şeyi edərlər. 
Manipulyatorlar  üçün başqalarının nə düşündükləri, nə hiss  etdikləri əhəmiyyətsizdir. 

2. Heç bir sədd tanımazlar.

Manipulyator insanlar sərhəd konsepsiyasını anlamırlar. İstəklərinin dalınca qaçarlar və kimlərin zərər gördüyünə önəm verməzlər.  Onları parazitlərə də bənzətmək olar. Bu, ümumiyyətlə, təbiətdə də məqbuldur, amma insan əlaqələrinə gəldikdə qarşı tərəfin tükənməsinə səbəb olur.

3. Başqalarını günahlandırarlar.

Onlar həmişə başqalarını günahlandırarlar. Öz məsuliyyətlərini başqalarına yükləyərlər. Onlar daima məsuliyyətdən imtina edə bilərlər. 

4. İnsanın duyğularından istifadə edərlər. 

Manipulyator  insanlar bizim  həssaslığımıza və xüsusilə vicdanımıza güvənirlər. Onlar sizi inandırmaq üçün yaxşı bir şansa malik olduğunu bilirlər. Çünki həssas olduğunuz, qayğı göstərdiyiniz və kömək etmək istədiyiniz anları,  simaları yaxşı tanıyarlar. Əvvəlcə onlar sizin mərhəmətinizdən istifadə edərlər. Həqiqətən səninlə maraqlanmırlar. Vacib olan tək şey onlar üçün nə edə biləcəyindir. 

5. Söz gəzdirirlər, ara vururlar. 

Manipulyatorları düşüncəli insanlardan ayırmaq üçün asan bir yol axtarırsınızsa, başqaları haqqında danışdıqlarına diqqət yetirin. Sizin yanınızda başqalarının dalınca danışarlar və eyni şeyi sizə də edərlər.  Rəqabətə və qısqanclığa təşviq edən əsl ssenaristdirlər.

6. Yalnız istifadə edərlər.

Kim olduğunuzu və sizi səhv başa düşməyə qərarlı olan insanlara vəziyyəti açıqlamaq, özünüzü anlatmaq üçün boş yerə vaxt sərf etməyin.   Bir insan sizi tuta bilmirsə, o gələnə qədər gözləməyin. Onların sizi anlaması,  başa düşməsi və bəyənməyini təmin etmək sizin işiniz deyil.   Bir insan kimi manipulyatorları heç vaxt araqlandıra bilmərsiz. 

7. Aldanmayın.

İnsanları davranışlarına görə tanıyın. Bir insanın dediyi və etdiyi şeyin çox fərqli olduğunu əsla unutmayın. Onlar tamam fərqli anlayışlardır.   Heç vaxt sözlərə aldanmayın. Hansısa şəxsi əvvəlcə davranışlarına görə gözətləyin.  Nə görürsünüzsə, sonda alacağınız nəticə odur.

8. Həmişə diqqətli olun.

Yaxşı bir insan kimi davranaraq, yaxşı bir insan olmaq üçün çox səy göstərərək, yaxşı bir insan siması yarad bilərlər. İlk qarşılaşdığınız günlərdə  səmimi və fədakar  obrazı oynayarlar. İlk vaxtlarda  bir insanın göründüyü kimi deyil, ziddiyyətli davranışların arxasında gizləndiyini öyrənsək, bəlkə də onlara müraciət edərkən daha diqqətli olacağıq.

9. Dəyərlərinizi yoxlayın, nəzərdən keçirin. 

Dəyərlərinizi  müntəzəm olaraq nəzərdən keçirin. Biz özümüzə kifayət etmədiyimiz üçün bizdən istifadə etdirməyə davam edirik. Həyat irəlilədikcə, münasibətlərimiz dəyişə bilər və biz bu dəyişən fikirlərin bizə necə təsir etdiyini bilməliyik. Nəyə inandığımızdan əmin olmadıqda, düşüncələrimizin manipulyasiya edilmə ehtimalı daha da yüksəlir.  Özünüzə əmin olmadıqda, qarşı tərəfə manipulyasiya etməyə icazə vermək çox asandır.

Vüsalə Əlövsətqızı, Turpkimi.com