Maqnit qasırğası ilə bağlı xəbərdarlıq


Fevral ayında Yer kürəsində bir sıra maqnit qasırğaları gözlənilir ki, bu da meteohəssas insanlara təsir göstərə bilər.

maqnit-qasirgasi-ile-bagli-xeberdarliq-1-2-3
02.02.2025 14:32 1 dəq oxuma

Bu barədə məlumatı ABŞ Milli okeanoqrafiya və atmosfer agentliyi (NOAA) yayıb.

NOAA-ya görə, fevralın 1, 2, 17 və 20-də mülayim, 4, 5, 18, 19 və 24-də isə güclü maqnit qasırğaları baş verəcək.

Xüsusilə fevralın 4-ü axşam saatlarında pik aktivlik gözlənilir. Bu dövrdə baş ağrıları, qan təzyiqi problemləri və yorğunluq halları arta bilər. Meteohəssas insanlar və xroniki xəstəlikləri olanlar ehtiyatlı olmalıdır.

TurpKimi.com