Maqnit qasırğası zamanı vəziyyəti pisləşənlərə VACİB MƏSLƏHƏT


Maqnit qasırğasından qorunmağın yolu...

maqnit-qasirgasi-zamani-veziyyeti-pislesenlere-vacib-meslehet
15.10.2024 01:34 1 dəq oxuma

Orqanizm maqnit qasırğalarına reaksiya verərsə, qidalanmaya daha çox yaşıl çay, vitaminlər, yaşıl tərəvəzlər əlavə etmək, daha çox maye içmək lazımdır.

TurpKimi.com bildirir ki, bu məsləhəti nevroloq Kseniya Ovsyannikova “Doktor Piter” nəşrinə deyib.  Mütəxəssis belə hallarda asta yeriməyi tövsiyə edib.

Nevroloqun sözlərinə görə, maqnit qasırğaları zamanı insanın vəziyyətini narahatlıq, stress, pis vərdişlər və yuxusuzluq daha da pisləşdirə bilər. Buna görə də, günəşin fəal dövründə bu hallardan uzaq durmaq lazımdır.

“Başa düşürəm ki, mən öz tövsiyələrimlə Amerika kəşf etmirəm, amma inanın ki, hamı onlara əməl etmir. Bundan əlavə, enerji sintezini yaxşılaşdıran maddələrin qəbulu da kömək edə bilər. Ancaq əvvəlcə onların istifadəsini həkiminizlə müzakirə etməlisiniz”, - Ovsyannikova fikirlərinə əlavə edib.

Firuzə Alimova / TURPKİMİ.COM