Birtaniyalı alimlərin maraqlı araşdırması...
Bir fincan espresso insanların alış-verişə meyliliyini bir anlıq artırır.
TurpKimi.com “Daily Mirror”a istinadla bildirir ki, bu haqda məlumatı Britaniya Psixologiya Cəmiyyəti (BPS)"Tik-Tok” hesabında paylaşıb.
“Alış-verişə getməzdən əvvəl kofe içmək alış-veriş riskini artırdığını bilirdinizmi? Alış-verişdən əvvəl yalnız bir espresso içən insanlar kofeinsiz qəhvə içənlərə nisbətən 50 faiz daha çox pul xərcləyirlər”, - təşkilat bildirib.
Britaniya Psixologiya Cəmiyyəti bildirib ki, bu gözlənilməz yan təsir kofeinin təsiri altında olan insanların daha çox həyəcanlanması ilə əlaqədardır. Bu da impulsiv davranışlara səbəb olur.
Təşkilat əlavə edib ki, bu müşahidələr elmi araşdırmalarla təsdiqlənib. Mağazaya daxil olan alıcıların təkcə çox pul xərclədiyi üzə çıxmayıb. Həmçinin məlum olub ki, bir fincan espresso içdikdən sonra insanlar vacib olanları deyil, yalnız zövq üçün seçdikləri və praktiki olmayan malları daha çox alırlar.
Firuzə Alimova / TURPKİMİ.COM