Marketlərdə polietilen torbalar ödənişli olacaq


Sabahdan Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar ödənişli olacaq.

marketlerde-polietilen-torbalar-odenisli-olacaq
14.02.2023 16:50 1 dəq oxuma

Bu barədə "Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyindən bildirilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinə məktub ünvanlanıb. Məktubda qeyd olunur ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.

Məlumatda o da qeyd olunur ki, bununla bağlı olaraq ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə 15 fevral 2023-cü il tarixindən etibarən, politielen torbalar müştərilərə ödənişli qaydada təqdim ediləcək.

TurpKimi.com