Marmeladlı peçenyə resepti - Çay süfrənizi dadlandırın


Ağızda dağılan, xırt-xırt peçenyə reseptinə kim "Yox" deyə bilər ki?

marmeladli-pecenye-resepti
06.11.2024 20:16 1 dəq oxuma

Ailənizlə birlikdə çay süfrəsi üçün hazırlayacağınız bir resept təqdim edəcəyik.
TurpKimi.com  asan hazırlanan,  dadlı cemli peçenyə üçün lazım olan ləvazimatların adlarını təqdim edir:

 Ərzaq:

250 qr un 
180 qr üyüdülmüş fındıq  
225 qr kərə yağı (otaq temperaturunda) 
110 qr toz şəkər 
1 paket vanil 
Hər hansı marmelad, ya da cem 

Hazırlanması:

Otaq temperaturunda olan kərə yağını və şəkəri krem halına gələnə qədər 3-4 dəqiqə çırpın. 

Ələnmiş un, üyüdülərək toz halına gətirilmiş fındıq və vanili asta-asta əlavə edərək yoğurun. 

Kiçik kündələr hazırlayın və  orta hissəsində  baş barmağınızın köməyi ilə çuxur yaradın.  

Əvvəlcədən isidilmiş 175 dərəcə sobada 15-20 dəqiqə üzəri yüngülcə qızaranadək bişirin.  

Soyuduqdan sonra orta hissəsinə bir çay qaşığı marmelad, ya da cem qoyub şəkər pudrası səpin.  

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com

08-12-2022