Marsla bağlı diqqətçəkən yeni kəşf...
“ExoMars TGO” zondu Marsın Mariner vadisinin mərkəzində yerləşən dərin kanyonlardan birində böyük buz ehtiyatları aşkar edib.
Tədqiqatın nəticələri “Icarus” elmi jurnalında dərc olunub.
Astronomların fikrincə, vadinin “Kandor xaosu” adlanan hissəsində səthə yaxın süxurlarda suyun nisbəti ən azı 40% təşkil edir. Bu isə o deməkdir ki, buz xalis halda orada yerləşir və heç bir mineralın tərkibində gizlənmir.
Alimləri düşündürən isə Marsın bu hissəsində buzun necə sabit qalmasıdır. Halbuki, nəzəriyyəyə görə, buz yataqları tədricən buxarlanmalı idi.
Onların qənaətincə bu, ya Mariner vadiləsindəki unikal iqlim və geoloji şəraitdən, ya da yerli su ehtiyatlarının daim yeniləndiyindən xəbər verir.
Mənbə: TASS