Marşrut avtobuslarında dezinfeksiyaedici məhlul yerləşdirildi


Bakı Nəqliyyat Agentliyinin tövsiyəsi əsasında müntəzəm marşrutlar üzrə istismar olunan avtobuslarda sərnişinlərin istifadəsi üçün dezinfeksiyaedici məhlul yerləşdirilib.

marsrut-avtobuslarinda-dezinfeksiyaedici-mehlul-yerlesdirildi
20.03.2020 23:48 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki, bu barədə qurumdan xəbər verilib.

Məlumata görə, istismarda olan avtobuslarda qeyd olunan avadanlığın (dezinfeksiyaedici məhlul) yerləşdirilməsi və avtobusların təmizliyinin nəzarətdə saxlanması ilə bağlı monitorinq keçirilib və aşkarlanan çatışmazlığın aradan qaldırılması barədə daşıyıcı şirkətlərə xəbərdarlıq edilib.
Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən avtobuslarda dezinfeksiya tədbirləri davam etdirilir. Gecə saatlarında aparılan proses BNA-nın mobil qrupları tərəfindən nəzarətdə saxlanılır.