Mart ayının son günü hava necə olacaq?


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

mart-ayinin-son-gunu-hava-nece-olacaq
30.03.2021 14:22 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə martın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 5-7, gündüz 12-16, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Martın 31-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, martın 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

TurpKimi.com