Mart ayının soyuq keçməsinin səbəbi məlum oldu


Mart ayında belə soyuq olmamışdı.

mart-ayinin-soyuq-kecmesinin-sebebi-melum-oldu
22.03.2022 14:01 1 dəq oxuma

Şimal və Cənub eyni anda əriyir, qütblərdə havanın temperaturu 10 dərəcə yüksəlib. 

Mütəxəssislər bunun qeyri-adi hadisə olduğunu qeyd edərək xəbərdarlıq ediblər.

Aparılan araşdırmalarda Antarktidada və şimal qütbün bəzi hissələrində temperatur artımının əvvəlki illərin mart ayının orta göstəricisi ilə müqayisədə "fövqəladə” olduğu müəyyən edilib.

Şimal qütbünün ətrafındakı buzlaqların ərimə nöqtəsinə yaxınlaşdığını bildirən buzşünas Valt Meier, "İki qütbdə əks fəsillər var. Şimal və Cənubun eyni anda əridiyi görülməyib. Bu, tamamilə qeyri-adi hadisədir”, deyə bildirib. 

Antarktidadakı hava stansiyaları Concordia stansiyasında mənfi 12 dərəcə Selsi və Vostok stansiyasında mənfi 17 dərəcə Selsi temperatur qeydə alıb. Bu göstəricilərin bütün zamanların orta göstəricisindən 15 dərəcə daha isti olduğu qeyd edilib.

Qütblərdə temperaturun artmasının "qeyri-adi” olduğu qeyd edilib. (azxeber)