Martın 23-nə olan hava


Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 23-nə olan hava proqnozunu açıqlayıb.

martin-23-ne-olan-hava
22.03.2020 15:55 1 dəq oxuma

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti, Bakıda gecə 6-8° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında isə əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.

TurpKimi.com

loading...