Martın 28-nə olan hava haqda


Bakıda 17 dərəcə isti olacaq.

martin-28-ne-olan-hava-haqda-1
27.03.2025 22:46 1 dəq oxuma

Bakıda və Abşeron yarımadasında martın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində duman, az çiskin olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 17-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə martın 28-30-da küləkli hava şəraiti gözlənilir. 

Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Hacıqabul, Xızı, Mingəçevir, Siyəzən, Şabran, Naftalan, Daşkəsən, Kəlbəcər, Zəngilan və Laçında cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

TurpKimi.com