Martın 9-na olan hava


Azərbaycanda sabaha gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

martin-9-na-olan-hava
08.03.2020 21:39 1 dəq oxuma

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Arabir güclənən cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

TurpKimi.com