Hansı halda maskanın qoruyuculuq imkanları məhdudlaşır?
"Koronavirisun ölçüsü 0,1 mikrondur, adi tibbi maskaların məsamələri ən keyfiyyətli maskada 0,3 mikron, ən zayında isə 10 mikrona qədərdir".
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, bu halda maskanın qoruyuculuq imkanları məhdudlaşır:
“Doğrudur, insan öskürəndə və asqıranda koronavirus tüpürcək damlaları ilə birləşib yayıla bilər, o zaman damlacıq 1 mikrona qədər olur, amma bu, məhz qapalı məkanlar üçün keçərlidir, açıq havada həmin damlacıqlar effektini daha tez itirir. Nüfuzlu “Döyç Vell” (Deutsche Welle) nəşrinin yazdığına görə, Çində 7324 yoluxma halının tam xəritəsi və mümkün yoluxma anı araşdırılıb, tək 1 xəstənin açıq havada yoluxduğu təsdiq edilib.
Beləliklə, qapalı məkanlarda mütləq maska taxılmalıdır, çünki qorunmaq imkanı yaradır, amma açıq havada, özü də tək, ya ailə üzvləri ilə gəzərkən məcburi maska taxmaq qərarı absurddur, əksinə, insan psixikasına və sağlamlığına ziyandır”.
Axar.az / TurpKimi.com