Maska taxmayanlar nə qədər cərimələnəcək? - Məbləğ açıqlandı


Milli Məclisin mayın 31-də keçiriləcək iclasının gündəliyi dəyişib.

maska-taxmayanlar-ne-qeder-cerimelenecek
30.05.2020 14:36 1 dəq oxuma

TurpKimi.com-un APA-ya istinadla verdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi parlamentin gündəliyinə daxil edilib.

Bununla da iclasın gündəliyininə daxil edilən məsələlərin sayı 12-yə çatıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

TurpKimi.com