Maye sabunlardakı təhlükə - Təmizlənərkən canınızdan olmayın


İnsanların etibarlı gigiyenik vasitə kimi istifadə etdiyi antibakterial sabunlar heç də təhlükəsiz deyil.

maye-sabunlardaki-tehluke
17.11.2021 11:33 1 dəq oxuma

 Yoluxucu xəstəliklərin yayılmasının  qarşısını almaq üçün  fərdi təmizliyə və əl təmizliyinə çox diqqət etmək lazımdır.

TurpKimi.com xəbər verir ki, mütəxəssislər antibakterial sabunların insan sağlamlığına vurduğu zərərləri açıqlayıb. 

 Tərkibində zərərli maddələr var

Antibakterial sabunun normal sabun və sudan daha təsirli olduğuna dair hələki yetərli sübut yoxdur. Əksinə aparılan araşdırmaların nəticələrinə görə,  əksər diş məcunu, dezodorant və maye antibakterial sabun istehsalında geniş istifadə edilən triklosan maddəsi insan orqanizmi üçün zərərlidir.  

Mikrobların qarşısını almaq üçün istifadə edilən triklosan maddəsinin əzələ funksiyaları və skelet quruluşuna mənfi təsirləri var. Bu maddədən ifrat dərəcədə istifadə orqanizmin təbii bakteriyalarının məhvinə, insan bağırsağında mikrofloranın  dəyişməsinə, uşaqlarda allergiya və ekzemaya səbəb olur.   Bundan başqa triklosan embrionların inkişafını də mənfi təsir edir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com