Mayın 21-nə olan hava haqda


Bazar günü Bakıda 26, rayonlarda 27 dərəcə isti olacaq .

mayin-21-ne-olan-hava-haqda
20.05.2023 22:04 1 dəq oxuma

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacagı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində sabah hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13°, bəzi yerlərdə 15° isti olacaq.

Milli Hidrometeorologiya Xidmətindən sürücülərə xəbərdarlıq: Görünüş məsafəsi məhdudlaşacaq

 

Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Mayın 21-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

TurpKimi.com