Mayın 29-na olan hava


Mayın 29-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

mayin-29-na-olan-hava
28.05.2024 23:56 2 dəq oxuma

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki,  Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 50-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-19° isti olacaq.

Həftəsonunadək Bakıda 32, rayonlarda 36 dərəcə isti gözlənilir 

Bakıda və Abşeron yarımadasında həftənin sonunadək hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bunu Reporta Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, iyunun 1-dən 2-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

N.Mahmudov qeyd edib ki, havada mülayim cənub-şərq küləklərinin üstünlük təşkil edəcəyi, iyunun 1-i gündüzdən 2-si səhərədək isə şimal-qərb küləyinin qısa müddətə güclənəcəyi gözlənilir:

"Havanın maksimal temperaturu 24-29, mayın 30 və 31-də 32 dərəcəyədək isti olacaq".

Xidmət rəisi bildirib ki, Azərbaycanın rayonlarında həftəsonunadək intensiv yağıntılar gözlənilmir:

"Yaxın günlərdə hava şəraitinin daha da sabitləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə yüksələrək 28-33, mayın 30-31-də bəzi yerlərdə 36, dağlarda 17-22, bəzi yerlərdə 25 dərəcə isti olacaq”.