Mayın 3-nə olan hava proqnozu haqda


Sabah Bakıda və Abşeron yarımadasında səhər saatlarında gözlənilən yağışın gün ərzində davam edəcəyi gözlənilir.

mayin-3-ne-olan-hava-proqnozu-haqda
02.05.2023 19:23 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensiv olacağı olacağı ehtimalı var.

Qeyd edilib ki, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.

TurpKimi.com