Mayonezlə bağlı deyilənlərin üstündən xətt çəkildi


Mayonez layiq olmadığı şəkildə pislənir...

mayonezle-bagli-deyilenlerin-ustunden-xett-cekildi
21.05.2024 20:49 1 dəq oxuma

Arıqlayanda mayonezin qidaların arasından xaric edilməli olduğuna dair inanc mifdən başqa bir şey deyil.

TurpKimi.com xəbər verir ki, bunu diyetoloq Asiya Xaçirova “NEWS.ru” ilə söhbətində bildirib. Mütəxəssis vurğulayıb ki, əslində bu sous bitki yağı qədər çox kalorili deyil: 100 q məhsulda təxminən 850-900 kalori var.

“Mayonez layiq olmadığı şəkildə pislənir. Bir çox insanlar arıqlamaq üçün onu pəhrizdən çıxarmaq, bitki yağı ilə əvəz etmək lazım olduğuna inanırlar. Kalori miqdarı baxımından onlar təxminən eynidir: 100 q yağda 900 kkaldan çox, 100 q mayonezdə isə təxminən 850-900 kkal var”, - diyetoloq izah edib.

Xaçirovanın sözlərinə görə, mayonezin əsas təhlükəsi onun konsistensiyasındadır. Bitki yağı mayedir, buna görə mayonezdən daha az miqdarda qaba əlavə olunur. Həkim tövsiyə edib ki, bu sousu sevənlər ondan imtina etməməli və onu heç nə ilə əvəz etməməlidirlər, sadəcə yediklərinin miqdarına nəzarət etmələrində fayda var.

Firuzə Alimova / TURPKİMİ.COM