Erkəyə ehtiyac duymadan çoxalan dişilərdən ibarət, 30 illik tarixi olan yeni krevetka növü sürətlə çoxalıb dünya ekosistemini təhlükəyə atır.
TurpKimi.com xəbər verir ki, aparılan tədqiqatlar nəticəsində erkəyə ehtiyac duymadan, sadəcə dişi nəslindən ibarət olan krevetka növü yaradılıb. Alimlər buna krevetkanın DNT-sinə müdaxilə etməklə nail olublar. Yeni növ o qədər sürətlə çoxalır ki, mütəxəssislər artıq həyəcan siqnalı çalmağa başlayıb.
Xallı krevetkanın evlərdə saxlanması haqda xəbərdarlıqlara baxmayaraq Kanadada satılır.
10 ayaqlı mutant növ Avropa İttifaqı tərəfindən də qadağan olunub.
Elmi adı "Procambarus virginalis" olan növ son 30 il əvvələ qədər yox idi. Ancaq indi Yaponiya, Madaqaskar, İsveç və ABŞ-da vəhşi təbiətdə yayılıb.
Nature, Ecology and Evolution (Təbiət, Ekologiya və Təkamül) adlı elm jurnalda yayımlanan tədqiqatda xallı krevetkaların Madaqaskarda yerli növləri təhdid etdiyi qeyd olunub.
BİR DƏNƏSİ 3 AY SONRA 300 DƏNƏ OLUR
Araşdırma qrupundan Doktor Volfqanq Stein Kanada dövlət televiziyası CBC-də verdiyi bəyanatda "Bir xallı krevetkanız varsa, üç ay sonra 200 ya da 300 dənə olur" deyib. Əslində, bu şirin su krevetkalarının necə tək başına çoxaldığını araşdıran elm insanları xərçəngin necə yayıldığını daha yaxşı anlaya bilir.
Qadağan olunmasına baxmayaraq, bu krevetkaların bir dənəsi 20 dollardan satılır.
HƏR ŞEY NECƏ BAŞLADI?
Hər şey 1990-cı ildə Almaniyadakı bir ev heyvanı dükanında başlayıb. Floridaya xas bir növ olan pulcuqlu krevetkaların bir dişisi xromosom əskikliyi ilə doğulub. Beləliklə, erkək olmadan da çoxalmağa başladı. Bu krevetkadan doğulan yeni növlər də hər dəfə yüzlərlə yumurta qoydular.
Bu genetik baxımdan krevetkalara oxşar olan növlər xüsusilə, akvarium həvəskarlarının marağını çəkdi. Tez bir zamanda yayılıb Avropanın su hövzələrində görünməyə başladı.
Madaqaskarda da ucuz zülal qaynağı olaraq gətirilən krevetkalar hazırda yerli növləri təhdid edir. Aİ və ABŞ-ın iki ştatında xallı krevetkalara qadağa qoyulub. Ancaq yeni növ canlılar vəhşi təbiətdə çoxalmağa davam edir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com