Mədə qıcqırmasının dərhal qarşısını alan - 6 İÇKİ


Mədə qıcqırmasından ən çox şikayətlənən insanlar...

mede-qicqirmasinin-derhal-qarsisini-alan-6-icki
22.12.2022 13:29 4 dəq oxuma

Mədədə yanma hissi və qıcqırma ən çox rast gəlinən narahatlıqlardan biridir. Bu hiss boğaza qədər yayıla bilir. İnsanların demək olar ki, yarısı mədə qıcqırmasından şikayətçidir. Nadir hallarda mədədə yanma ciddi sağlamlıq probleminə işarə etməz. Ancaq hər yeməkdən sonra davamlı rast gəlinən mədə qıcqırması mütləq şəkildə nədənsə xəbər verir.

TurpKimi.com Türkiyə mediasına istinadla xəbər verir ki, mədə qıcqırması adətən turşu reflü və ya gecələr öskürək ilə müşayiət olunur. Bəzən qabağa əyilərkən, uzanarkən və fiziki güc tətbiq edərkən ağrı daha dayanılmaz olur. Hətta immun sistemi zəifləmiş insanlarda reflü tənəffüs yollarına daxil ola və ağciyər infeksiyasına səbəb ola bilər.

Mədə qıcqırmasının əlamətləri arasında gecələr və yemək yedikdən sonra sinədə yanma hissi, uzanmış vəziyyətdə nəfəs almaqda çətinlik, boğazda yumru nəyinsə ilişib qalması hissi və səhərlər uzun müddət öskürmək yer alır.

Hətta bəzən mədə qıcqırması ürək problemindən şübhələnəcək qədər şiddətli olur. Çünki yemək borusu və ürək eyni sinirlər tərəfindən idarə olunur.

TurpKimi.com bildirir ki, müxtəlif durumlar mədə qıcqırmasına səbəb ola bilir:

-Qida borusunun altını bağlayan diafraqmanın birləşdirici elementlərinin funksiyasının itməsi, mədənin döş qəfəsində bir hissəsinin yüksəlməsinə səbəb olaraq mədə qıcqırmasına səbəb olur;

-Mədədə turşuluğun həddindən artıq istehsalı;

-Mədəyə artan təzyiq (kök olmaq və ya hamiləlik);

-Normasız yemək, çox yağlı və ya həddindən artıq yemək;

-Ədviyyatlar, turş qidalar, spirtli içkilər, qəhvə və sair kimi bəzi qidalar;

-İltihablanmaya qarşı istifadə olunan bəzi dərmanların qəbulu;

-Siqaret çəkmək;

-Stress;

Mədə qıcqırmasından ən çox şikayətlənən insanlar:

-Həddindən artıq kök insanlar, xüsusilə də qarın hissəsi piylənənlər;

-50 yaş və yuxarı insanlar;

-Hamilə qadınlar... (ana bətni mədəni sıxdığı üçün) Bu hal xroniki olmur və doğuşdan sonra keçib gedir;

-Siqaret çəkənlər;

-Astma xəstələri;

-Antidepresan və kortikosteroid kimi dərmanları qəbul edən insanlar;

-Bundan başqa, mədəsi həssas olan insanlarda portağal suyundan, pomidor, limon və başqa qidaların, çox yağlı, qızarmış yeməklərin, spirtli içki, çay, şokolad, kola, sarımsaq, soğan, ədviyyatlı qidalar və nanədən narahtlıq hissi yarana bilər.

Maqneziumun qəbulunu artırın

Stress mədə qıcqırmasına, mədədə bir sıra problemlərin yaranmasına səbəb olan faktorlardandır. Odur ki, streslə mübarizə aparmaq üçün maqnezium qəbul etmək lazımdır.

Belə ki, maqnezium orqanizmin düzgün işləməsi üçün vacibdir. Sinir sisteminin və əzələlərin normal fəaliyyətindən tutmuş sümüklərin böyüməsinə, emossioal sabitliyə və yorğunluğun azaldılmasına qədər 300-dən çox prosesdə iştirak edir. Lakin orqanizmdə maqnezium ehtiyatı az olanda stress o ehtiyatların 50 faizini azalda bilər. Maqnezium çatışmazlığının göstəriciləri arasında yorğunluq, iştahsızlıq, ürək bulanması və qusma hallarıdır. Əksiklik artarsa, uyuşma, əzələlərdə titrəmə və ya dayanıqsız ürək döyüntüləri kimi göstəricilər ortaya çıxır.

Maqnezium mərcimək, ispanaq və kəpəkli çörəkdə bol olur. Həmçinin balqabaq tumu, badam, kətan toxumu, yer fısdığı, pazı, kabak, brokoli, xiyar, lobya, noxud, kişmiş, banan və yulaf əzməsində də var.

MƏDƏ QICQIRMASININ QARŞISINI ALAN İÇKİLƏR

Evdə təbii vasitələrlə hazırlayacağınız içkilər mədə qıcqırmasının qarşısını alacaq.

HİBİSKUS ÇAYI

Hibiskusun sağlamlıq üçün faydası çoxdur. Mədə üçün antasit (turşuluğu aparan), iltihabın qarşısını alan və sakitləşdirici təsiri var. O həmçinin qoruyucu mukusun meydana gəlməsinə kömək edərək mədənin durumunu yaxşılaşdırır. Bir stəkan qaynar suya bir qədər qurudulmuş hibiskus əlavə edin. 3-5 dəqiqə dəmləyin. Çayı gündə 2 və ya 3 dəfə isti halda için. Mədə qıcqırması zamanı da dəmləyib içmək olar.

KƏLƏM SUYU

Kələm qoruyucu mukusu əmələ gətirir və potensial iltihablanmanın əmələ gəlməsinin qarşısını aldığı üçün istifadə oluna bilər. Kələmin suyunu çəkərək içə və ya yarpaqllarını qaynadaraq soyudub içmək olar. Simptomlar yox olana kimi kələm suyunu gündə bir stəkan için.

KARTOF SUYU

Kartof çox mükəmməl qələvi qidadır. Mədədəki turşuluğu balanslaşdırır. Tərkibində mədəni rahatladan sakitləşdirici maddələr də var. Kartofun şirəsini sıxın və gündə 3-4 dəfə yarım stəkan için.

ALOE VERA

Aloe veranın nəmləndirici və müalicəvi xüsusiyyətləri var. Bundan başqa, mədədə pH səviyyəsini normallaşdırır. Bir stəkan suya 2-3 xörək qaşığı təzə aloe vera geli əlavə edib qarışdırın və gündə 2-3 stəkan içərək mədədəki yanma hissini sakitləşdirin.

ZƏNCƏFİL

Zəncəfil həzmi asanlaşdırır və şişkinliyi aradan qaldırır. Eyni zamanda mədə bulanmasının qarşısını alan ən təsirli vasitədir. İstəyə görə təzə və ya qurudulmuş halda, çay şəklində qəbul etmək olar. Bir stəkan suya 0,5 qram zəncəfil tozu atın. Yemək yedikdən sonra gündə 2-3 dəfə için.

KAHI VƏ KÖK

Bu resept mədə yanmasından qurtulmanıza kömək edəcək. 2 ədəd kahı yarpağını 4 soyulmuş köklə birlikdə blenderdə doğrayın. Sonra üzərinə 1 stəkan su əlavə edin. 3-5 dəqiqə qarışdırın və içməzdən əvvəl süzün. Yaxşı nəticə əldə etmək üçün qarışımı səhərlər ac qarına için.

Yazılıb: 29.06.2022

Firuzə Alimova / TurpKimi.com