Məhərrəm ayının başlanma tarixi açıqlandı


Bu il Məhərrəm ayı iyulun 19-da daxil olacaq.

meherrem-ayinin-baslanma-tarixi-aciqlandi
02.06.2023 17:03 1 dəq oxuma

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, iyulun 19-da Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır və 1445-ci il başlayır. Məhərrəm ayının 10-u Aşura günü isə iyulun 28-nə təsadüf edir.

Qeyd edilib ki, avqustun 17-də Məhərrəm ayı başa çatacaq və Səfər ayı başlayır. Sentyabrın 16-da isə Səfər ayı başa çatacaq.

TurpKimi.com