Məhsulların tərkibində olan E234 qida əlavəsinin - TƏHLÜKƏSİ


Nisin Konservantı...

mehsullarin-terkibinde-olan-e234-qida-elavesinin-tehlukesi
28.03.2024 00:45 1 dəq oxuma

E234 (nisin) konservantı olan məhsullar bağırsaqlara zərər verə bilər.

TurpKimi.com xəbər verir ki, bunu həkim Elena Malışeva Rusiyanın “Birinci” kanalında yayımlanan “Sağlam yaşa!” verilişinin efirində deyib.

O qeyd edib ki, təsdiqlənmiş bu antibiotik təravətini saxlamaq üçün demək olar ki, bütün məhsullara əlavə edilir. Lakin bu yaxınlarda aparılan bir araşdırma bu əlavənin insan bağırsaqlarında yaşayan faydalı bakteriyalara zərər verdiyi aşkar edilib.

Tədqiqat 2024-cü ilin yanvarında dərc edilib. İmmunoloq Andrey Prodeus əlavə edib ki, əvvəllər bu qoruyucu vasitənin istifadəsi nəticəsində faydalı mikrobiotanın əziyyət çəkdiyi barədə heç bir məlumat yox idi. İndi məlum oldu ki, onun istifadəsinin bədən üçün nəticələri son dərəcə xoşagəlməz ola bilər.

Ancaq bütün dərmanlarda olduğu kimi, insana zərər verə bilməyən təsdiqlənmiş bir doza var. Bu, məhsulun 25 mq-dır. Lakin əlavənin miqdarı etiketdə göstərilməyib. Malışeva qablaşdırmadakı EAC işarəsinə diqqət yetirməyi məsləhət görür. O qeyd edib ki, bu, məhsuldakı nisinin tərkib nisbətinin dəqiq müzakirə edildiyi Avrasiya standartıdır.

Firuzə Alimova / TURPKİMİ.COM