Məktəb direktorunun valideynlərə yazdığı MƏKTUB


Müəllimin cəmiyyətə təsiri danılmazdır...

mekteb-direktorunun-valideynlere-yazdigi-mektub
26.03.2022 10:00 1 dəq oxuma

Sinqapurda bir məktəb direktorunun imtahandan əvvəl valideynlərə məktubu:

“Əziz valideynlər,

Uşaqlarınızın imtahanları tezliklə başlayacaq. Mən bilirəm onların yaxşı yazması üçün çox narahatsınız. Amma xahiş edirəm, yadda saxlayın, imtahanda oturan uşaqların içində rəssam var hansı ki, riyaziyyatı bilməyi vacib deyil. Orda idmançı var, onun fiziki sağlamlığı fizika bilməyindən daha vacibdir. Orda musiqiçi var, onun kimyadan alacağı qiymətin fərqi yoxdur.

Övladlarınız yaxşı qiymət alacaqsa, bu əladır. Yox əgər almasalar onların özgüvənini və qürurunu əllərindən almayın. Deyin “hər şey yaxşı olacaq, bu sadəcə imtahandır. Sən həyatda daha böyük şeylər üçün yaranmısan”. Xahiş edirəm, bunu edin, o zaman onlar bütün dünyanı fəth edəcək. Bir imtahan və ya aşağı qiymət onların arzusunu və istedadını əllərindən almayacaq.

Və xahiş edirəm, düşünməyin ki, həkimlər və mühəndislər dünyada yeganə xoşbəxt insanlardır".

Firuzə Alimova / TurpKimi.com