Məktəbi belə bitirməyən dünyanın ən məşhur 5 MİLYARDI - Real uğur hekayələri...


Milyarder yeniyetmələr...

mektebi-bele-bitirmeyen-dunyanin-en-meshur-5-milyardi
13.06.2022 23:20 2 dəq oxuma

Həyat onlara məktəbi atıb pul qazanmağa məcbur edib.

Ali məktəbi bitirmədən milyarder olanlar çoxdur.  Bunlardan Bill Qeyts, Stiv Jobs və Mark Zukerberqi misal çəkmək olar. Lakin dünyanın ən varlı insanları arasında elələri də var ki, adi məktəbi belə oxuyub bitirə bilməyiblər.

1 – RİÇARD  BRENSON

5 milyard dollarlıq sərvəti var. 16 yaşından məktəbi buraxıb.

Riçard Brenson çoxuşaqlı ailədə (4 uşaq) doğulub. Atası, babası və qardaşı vəkil olub. 16 yaşı olanda qavramaqda çətinlik çəkdiyi üçün məktəbdən qovulub. Bu haqda milyarderin özü danışarkən disleksiyanın necə çətin olduğunu izah edir.

“Virgin Group” şirkətinin qurucusudur. Hazırda beynəlxalq holdinqin təqribən 20 şirkəti var. Onların 3-ü havayolu şirkəti, 1-i kosmik turoperatoru, dəmir yolu, səsyazma şirkəti və sair.

2 – Lİ  KAŞİN

30 milyard dollarlıq sərvəti var. 14 yaşından məktəbi tərk edib.

Li Kaşin kasıb müəllim ailəsində dünyaya gəlib. Atasının ölümündən sonra saat kəmərləri satıb. Daha sonra insan sağlamlığına zərərli məhsulların istehsal edildiyi (plastik güllər) fabrikində işləyib. Gün ərzində 16 saat işləyirmiş. 

Hazırda “Cheung Kong Group”“Hutchison Whampoa” şirkətlərinin rəhbəridir. Şirkətlərin fəaliyyət sahələri müxtəlifdir: enerji, əmlak, qonaq qarşılamaq, telekommunikasiya və sair.

3 – AMANSİO  ORTEQA

62 milyard dollarlıq sərvətə sahibdir. 13 yaşından məktəbi buraxıb.

Amansio Orteqa çoxuşaqlı, yoxsul ailədə dünyaya gəlib. Atası dəmir yolunda işləyib, anası isə tələbə, daha sonra qulluqçu olub. Köynək satılan mağazada kuryer işləmək milyarderin ilk iş yeri olub.

“İnditex” şirkətinin qurucusudur. Şirkətin tərkibinə “Zara” – 96 ölkədə 2131 mağaza, “Pull & Bear” – 75 ölkədə 974 mağaza, “Oysho” – 55 ölkədə 678 mağaza, “Bershka” – 75 ölkədə 1107 mağaza, “Zara Home” – 68 ölkədə 603 mağaza, “Stradivarius” – 66 ölkədə 1011 mağaza və sair.

4 – DJO  LYUİS

Sərvəti 5 milyard dollardır.

Djo Lyuis ailə biznesində atasına kömək etmək üçün 15 yaşında orta məktəbi tərk etməli olur. İlk iş yeri ofisiant olub.

“Tavistock Group” şirkətinin qurucusudur. Şirkətin tərkibinə restoranların şəbəkəsindən tutmuş neft-qaz sənayesinə qədər sahələr daxildir.

5 – FRANSUA  PİNO

30 milyardlıq sərvətin sahibidir. 16 yaşında məktəbi buraxıb.

Fransuanın atası ağac taciri olub. Atasının bu fəaliyyəti onda uşaqlıqdan sahibkarlığa maraq oyadıb. Hazırda milyarder sahibar, kolleksiyaçı və xeyriyyəçidir.

Firuzə Alimova / TurpKimi.com

15-10-2019