Məktəblərdə bullinq problemi


Bu cür hallar qısa vaxtda uşaqların təhsilinə təsir edərək uzun müddət depressiya, psixoloji pozuntuya və hətta intihara səbəb ola bilər.

mekteblerde-bullinq-problemi
04.10.2022 21:17 2 dəq oxuma

UNICEF-in (Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu) 2018-ci ildə dərc etdiyi hesabata görə, dünya üzrə 13-15 yaşlı şagirdlərin yarısı (təxminən 150 milyon şagird) məktəbdə və məktəb ətrafında həmyaşıdları tərəfindən zorakılığa məruz qalır. Eyni yaş aralığında olan şagirdlərin üçdə biri də məktəblərdə döyülmə və ya alçaldıcı cəzalar kimi zorakılığa məruz qalırlar.
Ətraflı

AZXEBER.COM-un araşdırmasına görə, ən son statistikaya görə, dünya ölkələri üzrə məktəblərdə şiddət faizi ən çox olan ölkə 70 faizlə Misirdir. Daha sonra isə 65 faizlə Zambiya, 57 faizlə Keniya, 47 faizlə Peru, 39 faizlə Rusiya, 34 faizlə Kanada, 26 faizlə ABŞ, 12 faizlə İtaliya və s. ölkələr gəlir.

Dünyada 13-15 yaş qruplarından hər 3 şagirddən biri məktəbdə şiddətə məruz qalır. Təxmini, eyni sayda şagird də davaya qarışır. Qız və oğlan uşaqların şiddətlə qarşılaşması riski eyni olmağla bərabər, həm də fiziki şiddətə, oğlanların isə fiziki şiddət və təhdidə məruz qalması daha yüksəkdir. Sənayeləşmiş 39 ölkədə hər 10 şagirddən 3-nün şiddətə məruz qalması təstiqlənib.

Bu cür hallar istər yoxsul, istərsə də zəngin ölkələrdə şagirdlərin təhsil almasına və psixologiyasına ciddi təsir göstərir. Məktəblərdə şagirdlər arasında şiddət, bulinqin olması dünyada gəncliyin inkişafına da öz mənfi təsirini göstərir.

UNİCEF-in Direktoru Henrietta Fore qeyd edir ki, təhsil barışıq toplumlarına gedən yolun açarıdır. Ancaq günümüzdə bütün dünyada milyonlarla uşaq məktəbdə şiddətə, bulinqə məruz qalır. Şagirdlər hər gün gerçək həyatda və internet ortamında dava, döyüş, şiddət, cinsi təcavüz daxil ciddi təhlükələrlə qarşılaşır.

Bu cür hallar qısa vaxtda uşaqların təhsilinə təsir edərək uzun müddət depressiya, psixoloji pozuntuya və hətta intihara səbəb ola bilər. Şiddət, təcavüz uşaqların yaddaşından uzun müddət silinməyən hadisələdir.

Təəssüf ki, ölkəmizdə də bu cür hallara zaman-zaman rast gəlirik. Son olaraq Bakı şəhər 112 nömrəli tam orta məktəbindən bu gün yayılan görüntülər də bunlardan daha biridir. Görüntüdən aydın olur ki, bir şagird sinif yoldaşı tərəfindən döyülərək şiddətə məruz qalır. Eyni zamanda bu, ətrafdakı digər şagirdlərin gözü qarşısında baş verir. Hazırda görüntülərlə bağlı araşdırmaların aparıldığı qeyd olunub.

Onu da qeyd edək ki, hər il fevral ayının son çərşənbə günü "Dünya məktəb şiddətləri ilə mübarizə günü” kimi tanınır.

TurpKimi.com