Məktəblərin bağlanma müddəti yenidən - UZADILA BİLƏR


Azərbaycanda təhsil müddətinin və tədris tətilinin uzadılması ilə bağlı əlavə qərar verilə bilər.

mekteblerin-baglanma-muddeti-yeniden
13.03.2020 21:50 1 dəq oxuma

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, tədris vaxtının uzadılması ilə bağlı müəyyən qərar veriləcək:

"Hələ 2 həftə vaxt var. Bu müddət ərzində vəziyyətə görə qərar qəbul olunacaq və açıqlanacaq. Bununla bağlı qərar vermək üçün hələ ki tezdir".

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

TurpKimi.com